Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Barselona" "Benfika"ya 0:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, bu yenilgi ilə Kataloniya təmsilçisi avrokuboklara uğursuz start üzrə öz antirekordunu təkrarlayıb.
Buna qədər "Barselona" 1972/1973-cü illər mövsümündə avrokubokların startında iki dəfə məğlub olmuşdu. Söhbət UEFA Kubokunun 1/32 final mərhələsində "Portu" ilə oyundan gedir (1:3, 0:1).
Qeyd edək ki, E qrupunda mübarizə aparan xalsız "Barselona" hazırda sonuncu pillədədir. 6 xala sahib "Bavariya" birinci, 4 xalla "Benfika" ikinci, "Dinamo" isə 1 xalla üçüncü yerdədir.
Röya