PFL I divizionun "Kəpəz" - "Mil-Muğan" oyununun yerini yenidən dəyişib. Fanat.az xəbər verir ki, qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yox, Gəncə şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, PFL dünən "Kəpəz"in müraciəti əsasında matçın Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməsinə qərar vermişdi. Səbəb kimi isə Gəncə şəhər stadionunda ot örtüyünün əlverişsiz şəraitdə olması göstərilmişdi. Deyəsən bir gündə Gəncə stadionun ot örtüyü "əlverişli vəziyyətə" gətirilib.
Fanat.az