"Şaxtyor" fanatları Donetskdə "Donbass Arena"nın yanında Mirça Luçeskunun (Mircea Lucescu) şərəfinə hazırlanmış ulduz formalı abidənin üstünə klubun rənglərinə uyğun olan mavi rəngli boya töküblər.
Fanat.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb "Şaxtyor"un azarkeşlərinin Luçeskunun Kiyev "Dinamo"suna keçidini həzm edə bilməməsidir.
Xatırladaq ki, 2004 - 2016-cı illərdə "Şaxtyor"u çalışdıran 76 yaşlı mütəxəssis 2020-ci ildən Kiyev "Dinamo"sunun baş məşqçisidir.
Emin Şəmsiyev