Dünyanın ən yaşlı qapıçısı Şimali Uelsin Llandudno şəhərindəndir.
Fanat.Az "BBC"-yə istinadən xəbər verir ki, 50 ildir futbola sadiq qalan 88 yaşlı qapıçının adı Alan Kamselldir.
Kamsellin çıxış etdiyi "Perni Bey Stollers" klubu yaşlı futbolçulardan ibarətdir. Komanda 5x5 formatlı yarışlarda iştrak edir.
Qapıçının sözlərinə görə futbol oynayanda o, özünü daha yaxşı hiss edir: "Ürəyimin döyündüyünü, necə nəfəs aldığımı hiss edə bilərəm və bilirəm ki, bu mənim ömrümü uzadır"
Alan Kamsell 88 yaşında olmasına baxmayaraq olduqca dinamik görünür.
'I'm still here, 88 and still enjoying it'
— BBC Wales News (@BBCWalesNews) September 28, 2021
Is this Wales' oldest footballer?
Read more: //t.co/Vnr89010Yg pic.twitter.com/71p8kE1Al0
Emin Şəmsiyev