“Zirə” ciddi itkiylə üzləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Filip Paxtman sıradan çıxıb.
Bunu komandanın baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri Premyer Liqa matçından (1:0) sonrakı mətbuat konfransında deyib:
"Filip Paxtman yenidən zədələndi və 6-7 ay komandadan kənarda qalacaq. Onunla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, Paxtman Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq".