Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov "Mançester Yunayted"in oyunundan sonra əfsanəvi məşqçi Aleks Ferqyusonla şərab içməkdən imtina etdiyini deyib.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı bu barədə "YouTube" vasitəsi ilə yayımlanan "Eman Channel"ə danışıb:
"Old Trafford"a Patris Evra, Useyn Bolt və Aleks Ferqyusonla birlikdəydik. Gözləmədiyim halda, Ferqyuson mənə şərab içməyi təklif etdi. Onun üçün bu, yaxşı bir iş sayıla bilər, mühakimə etmirəm. Amma mən... İki variantım var idi. Ya deməliydim ki, müsəlman olduğum üçün belə şeylər mənlik deyil, ya da beynimə gələn ikinci varianta üstünlük verməliydim. "İçsəm, sizi burda bərk əzişdirə bilərəm, uşaqlar. Bu yaxşı ideya deyil" cavabını verdim. Evra ilə Bolt məni anladılar. Ser Aleks isə "yaxşı, o zaman içmə" dedi.
Nihat