Sabiq UFC çempionu Həbib Nurməhəmmədov "Qızıl top"un Robert Levandovski və ya Kərim Benzemaya verilməli olduğunu bildirib.
Fanat.Az "MatcTV"-yə istinadən xəbər verir ki, 33 yaşlı dağıstanlı idmançı belə danışıb:
"Mən olsaydım, "Qızıl top"u Levandovski və ya Benzemaya verərdim. Levandovski son 3 ildə dünyanın ən yaxşı futbolçusudur. Çempionlar Liqasının qalibi oldu, iki ilə 120-dən çox qol vurdu. Elə bu mövsüm 65 qola imza atıb... Başqa belə nəticə xatırlamıram".
Qeyd edək ki, "Qızıl top" mükafatının karyerası ərzində 7-ci dəfə Lionel Messi qazanıb. Levandovski isə səsvermədə 2-ci olub.
Nihat