14:13 05.10.2021 848

Tərlan Əhmədov De Byaziyə xəbərdarlıq etdi: "... gücü bölüşdürmək lazım deyil"

"Millimiz qısa müddət aralığında iki oyun keçirəcək. İrlandiya ilə matçdan 3 gün sonra bizi Serbiya ilə ağır səfər görüşü gözləyir. Qrupda mübarizə sona yaxınlaşdıqca komandalar aqressivləşir. Komandamız bu təzyiqə hazır olmalıdır. Turnir cədvəlindəki vəziyyət elədir ki, hər kəs xal kəsirini düzəltməyə, mövqeyini yaxşılaşdırmağa çalışır. Həm irlandlarla, həm də serblərlə oyun ağır olacaq. Artıq qələbə qazanmağın vaxtıdır. Səhv etmirəmsə, milli son 9 rəsmi görüşdə 3 xala həsrət qalıb. Bu bizi məyus edir. Əcnəbi baş məşqçi və milliləşdirilmiş futbolçularla nəyəsə nail ola bilmirik". 

Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssis Tərlan Əhmədov millimizin Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya, ayın 12-də isə səfərdə Serbiya ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Yığmanın sabiq kapitanı İrlandiyanı yenməyin yolunu göstərib:  

"Qrupda üçüncü yerə iddiamızı davam etdirmək istəyiriksə, İrlandiyanı əliboş yola salmalıyıq. İrlandiyanın nəyə qadir olduğunu görmüşük, bilirik. Atletik, güc futboluna üstünlük verirlər, "ikinci mərtəbə"də, standart vəziyyətlərdə daha təhlükəlidirlər. Portuqaliyaya və bizə vurduqları qollar onların üstünlüklərini ortaya qoyur. Amma evdə oynadığımızı nəzərə alsaq, çalışıb rəqibə öz oyunumuzu diktə etməliyik. Bundan başqa, sona qədər mübarizə aparmaq, əzmkarlıq lazım gələcək. Mümkün qədər az səhv etməliyik. Qapıçımızın işi daha çətin ola bilər. Çıxışlarda diqqətli, ehtiyatlı olmalıdır". 

Əhmədov irlandlarla görüşdə start heyətində oynamalı olan futbolçuların adlarını da açıqlayıb:

"Rəqibi məğlub etmək üçün yığmada potensial var. Yetər ki, heyət seçimində səhv olmasın. Mümkündür ki, məşqçilər korpusu Serbiyanı da düşünüb gücü bölüşdürmək istəsin. Necə ki, Lüksemburq səfərində belə etmişdilər və bunun acı nəticəsiylə üzləşdik. İrlandiya real xal ala biləcəyimiz rəqibdir. Ona görə də bütün gücü bu oyuna qoymaq lazımdır. Ev oyununda ən yaxşılar, ən güclülər meydanda olmalıdır.

Subyektiv fikrimdir ki, hücumda Mahir Emreli-Namik Ələskərov-Ramil Şeydayev "üçlüy"ü yer almalıdır. Üçü də fiziki cəhətdən hazırlıqlı və sürətli futbolçulardır. Üstəlik, üçü də yaxşı formadadır. Artıq Ramilin ayağı açılıb, son iki oyunda qol vurub. Namikin sürətli keçidlərindən yararlana bilərik. Mahirə gəlincə, Vəli Qasımovdan sonra, ümumiyyətlə, son 30 ildə xaricdə özündən söz etdirə bilən futbolçumuzdur. Yığmada da ona ümidlər böyükdür. Müdafiədə ucaboy olanlara - Bəhlul Mustafazadə, Azər Salahlı, Anton Krivotsyuk və Maksim Medvedev yer almalıdır". 

Proqnoz vermək istəmədiyini deyən təcrübəli mütəxəssis iki oyunda 3, hətta 4 xal əldə etməyin mümkünlüyünü bildirib, bunun üçün futbolçularımızın bütün gücünü ortaya qoymalı, qələbə üçün meydanda əzmkarlıq göstərməli olduğunu vurğulayıb. 

Tərlan Əhmədovun fikrincə, baş məşqçi Canni De Byazi Azərbaycan Premyer Liqasında, o cümlədən Türkiyə I Liqasında çıxış edən bir neçə futbolçunu da milliyə dəvət edə bilərdi:

"İki oyun üçün heyətə 26 futbolçu cəlb olunub. Yenə də heyətdə milliləşdirilmiş futbolçular var. Əcnəbilərlə də uduzuruqsa, elə öz oyunçularımıza şans verilməlidir. Fikrimcə, siyahıya Türkiyədə oynayan Vüsal İsgəndərli, "Zirə"dən Qismət Alıyev, "Qəbələ"dən Ülvi İsgəndərovla Asif Məmmədovu da çağırmaq olardı. Xüsusilə Vüsal, Ülvi və Qismətə millinin ab-havasını hiss etdirmək lazım idi".

Mirağa      

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

Facebookdan bizi izləməyi unutmayın.
X