İngiltərənin IV divizionunu 2-ci liqasında çıxış edən "Oldhem Atletik" klubu ilə azarkeşləri arasında gərginlik yaşanıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, azarkeşlər klubun mərakeşli sahibi Abdalla Lemsaqamın fəliyyətinə etiraz ediblər.
Onlar çiyinlərində tabutla meydanın ətrafında "Klubu basdırmısan!" şüarı səsləndiriblər. Bundan əlavə azarkeşlər oyun vaxtı tribunalardan tennis topları ataraq futbolçuların meydanı tərk etməsini tələb ediblər.
Qeyd edək ki, "Oldhem Atletik" Liqa 2-də turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.
Emin Şəmsiyev