19:38 07.10.2021 1009

Dünya çempionatı: İki güləşçimiz finalda

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov yarımfinalda Belarus təmsilçisi Tsimur Berdiyevlə qarşılaşıb. Gərgin keçən görüş təmsilçimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb. 24 yaşlı Avropa çempionumuz dünya "qızıl"ı uğrunda rusiyalı ikiqat Olimpiya çempionu Roman Vlasovla üz-üzə gələcək.

Millimizin 82 kiloqram çəki dərəcəsindəki üzvü Rafiq Hüseynov Rusiya təmsilçisi Adlan Akiyevlə münasibətlərinə aydınlıq gətirib. Olimpiya mükafatçımız çəkinin son Avropa çempionu olan rəqibini 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə mundialın finalına vəsiqə qazanıb. 33 yaşlı ikiqat Avropa çempionumuz ilk DÇ "qızıl"ını qazanmaq üçün türkiyəli Burhan Akbudakın müqavimətini qırmağa çalışacaq.

Yarımfinaldakı digər təmsilçimiz Eldəniz Əzizli (55 kq) isə yaponiyalı Ken Matsui ilə bacarmayıb. Güləşçimiz rəqibinə vaxtından əvvəl uduzub - 1:10. 29 yaşlı dünya və Avropa çempionumuz bürünc medal uğrunda Türkiyə və Norveç güləşçilərinin təsəlliverici görüşünün qalibi ilə qarşılaşacaq.

Medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

***16:19

Yunan-Roma güləşi millimizin üç üzvü dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yarışan Eldəniz Əzizli startda Ukraynanı təmsil edən erməni Koriun Sahradyanı 6:0 hesabı ilə üstələyib. 1/4 finalda qırğızıstanlı Sardarbek Konuşbayevə də heç bir şans verməyən (10:1) dünya və Avropa çempionumuz adını yarımfinala yazdırıb. 29 yaşlı pəhləvanımız finala vəsiqə uğrunda yaponiyalı Ken Matsui ilə qurşaq tutacaq.

77 kiloqramda mübarizə aparan Sənan Süleymanov  1/16 finalda Kayratbek Tuqolbayevi (Qırğızıstan), ardınca Daler Rezazadeni (Tacikistan) 9:0 üstələyib. Avropa çempionumuz 1/4 finalda almaniyalı Roland Şvartsı da vaxtından əvvəl xalçadan məyus yola salıb (10:2). 24 yaşlı güləşçimiz yarımfinalda Belarus təmsilçisi Timur Berdiyevlə qarşılaşacaq.

Olimpiya mükafatçımız Rafiq Hüseynov (82 kq) 1/16 finalda estoniyalı Ranet Kaljolanı, sonrakı görüşdə qırğızıstanlı Kalidin Asikeyevi tam üstünlüklə yenib (9:0 və 11:1). 33 yaşlı ikiqat Avropa çempionumuz 1/4 finalda dünya çempionatının gümüş mükafatçısı Aleks Kessidislə üz-üzə gəlib. Pəhləvanımız ilk hissəni 0:6 geridə bitirsə də, sonradan  görüşün taleyini xeyrinə həll edə bilib - 7:6. Hüseynov finalın bir addımlığında 82 kq-nın son Avropa çempionu rusiyalı Adlan Akiyevlə münasibətləri aydınlaşdıracaq.

72 kq-dakı milli üzvü Ülvü Qənizadə isə ilk iki görüşdə müvafiq olaraq Almaniya və Gürcüstan güləşçilərini yensə də, 1/4 finalda iranlı Məhəmməd Rza Muxtariyə uduzub. Rəqib finala çıxsa, idmançımız təsəlliverici görüşlərə qatılacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 18:45-də start götürəcək. Medal görüşləri isə sabah baş tutacaq.

***10:00

Bu gün Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. 

Fanat.Az xəbər verir ki, ilk gündə çəkisi 55, 72, 77 və 82 kiloqram olan "klassiklər" xalça üzərinə çıxacaq. 

55 kq-dakı təmsilçimiz Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulacaq. Dünya və Avropa çempionumuzun bu mərhələdə rəqibi Ukraynanı təmsil edən Koriun Sahradian olacaq.

Startı 1/16 finaldan verəcək Ülvü Qənizadə (72 kq) İdris İbayevlə (Almaniya) üz-üzə gələcək. 

Sənan Süleymanov (77 kq) da mundialda debütünü 1/16 finalda edəcək. Avropa çempionumuz burada qırğızıstanlı Kayratbek Tuqolbayevlə qurşaq tutacaq.

82 kq-da mübarizə aparan Tokio 2020-nin bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov isə ilk mərhələdə (1/16 final) estoniyalı Ranet Kaljolanı sınağa çəkəcək.

Təsnifat görüşləri Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinal qarşılaşmaları 18:45-də start götürəcək.

Qeyd edək ki, oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 9-da isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X