13:38 09.10.2021 656

\"Manisa\"ya azərbaycanlı futbolçu gətirəcəyəm\" - Naci Şensoy

Xəbər verdiyimiz kimi, "Turan"ın sabiq çalışdırıcısı Naci Şensoy Türkiyə I Liqa təmsilçisi "Manisa" klubunun baş məşqçisi təyin olunub.

Müxtəlif illərdə üç dəfə Azərbaycanda iş başında olmuş təcrübəli mütəxəssisin yeni təyinatı barədə fikirlərini öyrənməkdə məqsədimiz həm də onun millimizin üzvləri Namik Ələskərov və Vüsal İsgəndərova rəqib olmasıdır. 

Fanat.Az-a açıqlama verən Şensoy ilk öncə yeni klubunda onu gözləyən çətinlikdən danışıb:

"Manisa"da çox işim olacaq. Bilrsiniz, komanda ilk üç maçtda 9 xal qazanaraq liqada lider idi. Ancaq son beş oyunda heç xal ala bilməyiblər. Eynilə əyləci qəfil partlayan maşın kimi... Futbolçular öz inamlarını tamamilə itiriblər. İndi bir məşqçidən çox, onlara psixoloq lazımdır. Mən də çox təcrübəli bir məşqçi olduğum üçün hazırda bunu edirəm. Amma indiki məqamda istəyirsiniz Tövrat"dan, "İncil"dən, ya da "Quran"dan onlara ayələr söyləyin, o qədər təsiri olmaz. Özgüvənin geri gəlməsininin ən qısa yolu bir qalibiyyət almaqdır. Türkiyədə çox gözəl bir deyim var: “Bir müsibət min nəsihətdən təsirlidir”. Bir qələbə alındıqdan sonra hər şey yoluna düşəcək".

Azərbaycan və Türkiyədən başqa, Albaniya, Bolqarıstan və Makedoniyada da klub çalışdıran Naci Şensoy Namik Ələsgərovun "Bursaspor"da və Vüsal İsgəndərlinin "Keçiörengücü"də çıxışından xəbərdardır, onların oyunlarını izləyib. Təcrübəli mütəxəssis futbolçularımıza məsləhətlərini verib:  

"Azərbaycanlı futbolçular - həm Vüsal, həm də Namik dəyərli oyunçulardır. Türkiyədə uğurlu olmaları üçün heç bir maneə olmamalıdır. Çünki mentalitet, dil eynidir. Bilirsiniz, klassik bir əcnəbi oyunçu üçün uyğunlaşma dövrü bəzən 6 ay davam edə bilir. Odur ki, onlardan dərhal uğurlu çıxış gözləmək tələskənlik olar. Qeyd etdiyim kimi, hər ikisi yaxşı futbolçudur. Amma oynadıqları çempionat çox çətin bir liqadır. Burda hər kəs hər kəsi yenə bilir. Azərbaycan liqasındakı komandaların sayının 8 olması da burda onlara əlavə çətinlik yaradır. Çünki burda 19 komanda var. Rəqabət fərqli şəkildədir. İnanıram ki, öhdəsindən gələcəklər. Mən onların hər ikisinə uğur arzulayıram".

"Turan"ın sabiq çalışdırıcısı sonda Azərbaycan futbolsevərlərinə müjdə verib:

"Dediyim kimi, hazırda "Manisa"nı toparlamağa çalışıram. Yaxın gələcəkdə inşallah, mənim komandamda da azərbaycanlı futbolçu görə biləcəksiniz. Hələliksə, ordakı bütün dostlara, futbolsevərlərə salamlarımı çatdırın". 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X