İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşılarının adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, ənənəvi səsvermə İPL-in rəsmi səhifəsində azarkeşlər arasında keçirilir.
Ayın ən yaxşı məşqçisi "Arsenal"ı çalışdıran Mikel Arteta seçilib.
"Mançester Yunayted"ə qayıdan və məhsuldarlığı ilə fərqlənən Kriştianu Ronaldu (Cristiano Ronaldo) sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Ötən ay vurulan ən gözəl qolun sahibi isə "Everton"un hücumçusu Andros Taunsenddir (Andros Townsend).
Həmin qolun videotəkrarını təqdim edirik:
Emin Şəmsiyev