21:42 10.10.2021 471

Riçard Almeyda: “Qarabağ”ın nə qədər inkişaf etdiyini hiss edirəm\"

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda klubun rəsmi saytına açıqlama verib. 

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu komandasının Avropa Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:
 
“Premyer Liqada hələ ki, 6 tur geridə qalıb. Komandaların iddiaları indidən bilinir. Ötən mövsüm çempionun son turda müəyyənləşməsi yarışın çətin keçməsindən xəbər verir. “Qarabağ”ın çempionluq titulunu qaytarması üçün məşqlərdə çox istəkliyik və baş məşqçimizin dediklərini etməyə çalışırıq. Bundan əlavə, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çalışırıq ki, hədəfimizə çataq.
 
Konfrans Liqası yeni turnirdir və qrup mərhələsinə uğurlu başladıq. Hər iki matçda baxımlı futbol nümayiş etdirdik. “Bazel”lə oyunda çox yaxşı mübarizə apardıq və hətta deyərdim ki, qələbəyə layiq idik. Bizi qrupda daha 4 çətin matç gözləyir. Qarşıdakı oyunlarda da eyni mübarizəni ortaya qoymaq istəyirik. Qrupda liderik və layiqli şəkildə bu yerdəyik. İnanıram ki, sona qədər mövqeyimizi qoruyub, növbəti mərhələyə yüksələcəyik”.
 
Almeyda yenidən “Qarabağ” ailəsinə qayıtması və öz oyunu barədə bunları deyib:
 
“Qarabağ”la qürur duyuram, fəxr edirəm. Müəyyən fasilədən sonra yenidən doğma komandama qayıtmışam. “Qarabağ”ın nə qədər inkişaf etdiyini hiss edirəm. Baş məşqçimizin dediyi kimi, meydanda sona qədər mübarizə aparmaq və əsl əsgər kimi döyüşmək istəyirik. İnkişaf etmək üçün başımızı aşağı salıb, heç nəyə fikir vermədən irəli getməliyik. Bütün məşqçi heyətinin də tələbi budur və onların hər birinin əməyi danılmazdır. Biz futbolçuların üzərinə düşən isə onların dediklərini yerinə yetirməkdir.
 
Baş məşqçimiz Qurban Qurbanova məni ailə kimi baxdığım kluba qaytardığı üçün minnətdaram. Bu möhtəşəm kollektivdə olduğum üçün çox xoşbəxtəm. Karyeramın ən möhtəşəm anları “Qarabağ”la bağlıdır. Burada unudulmaz günlər yaşamışam və unutmayacağım titullara sahib çıxmışıq. Yeni komanda yoldaşlarım var. Sanki mənim üçün hər şey yenidən başlayır. İlk günlər bir az çətinliklərim oldu, baxmayaraq ki, doğma komandamdayam. Əvvəlki Riçard olmağa çalışıram. Çempionatda 4 oyun keçirmişəm. “Omoniya” ilə matçda son 10 dəqiqədə meydanda oldum. Fikrimcə, əvvəlki formama yaxınlaşıram. Məşqlərdə çox çalışıram. Bilirəm ki, formamı bərpa etmək üçün çox çalışmalıyam. Qarşıma məqsəd qoymuşam ki, optimal formamı ən qısa müddətdə yığım. Azarkeşlərimizi daim sevindirmək istəyirik. Onlara bizi daim dəstəklədikləri üçün təşəkkür edirik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X