Yeni mövsümdə Region Liqasında çıxış edəcək "Cəbrayıl" klubunun baş məşqçisi Cavid Hüseynov olacaq.
Bu barədə Fanat.Az-a 33 yaşlı veteran futbolçu özü məlumat verib.
"Bildiyiniz kimi, B kateqoriyası üzrə məşqçilik kurslarına qatılmışam. Bu kursda iştirak edən hər bir kəsin komandada məşqçilik təcrübəsi olmalıdır. Bu səbəbdən klubda qalıb baş məşqçi olmaq qərarına gəldim."
Xatırladaq ki, daha əvvəl Cavid Hüseynovun "Cəbrayıl" futbol klubunu yaratdığı barədə xəbər vermişdik.
Emin Şəmsiyev