11:50 12.10.2021 514

Premyer Liqanın rəqəmli tablosu: Gəlmələr at oynadır

Azərbaycan Premyer Liqasında birinci dövrə bu həftəsonu başa çatacaq.

Son iki mövsümün ən yaxşı göstəricisi

Çempionatda geridə qalan 6 turda, başqa sözlə, 24 oyunda komandalar 57 dəfə qol sevinci yaşayıb. Bunlardan cəmi 2-si penaltidən qeydə alınıb. "Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə "Qarabağ"la (1:1) görüşdə, Ağdam təmsilçisinin oyunçusu Filip Ozobiç isə "Sumqayıt"la (2:0) oyunda standart vəziyyətdən maksimum yararlanıb.

Prinsipcə, məhsuldarlıq az deyil. Orta hesabla hər oyuna 2,4 qol düşür. Son mövsümlərlə müqayisə etsək, ötən çempionatın müvafiq bölümündə, yəni ilk 6 turda azarkeşlər 56 qola şahidlik etmişdi. Pandemiya səbəbindən yarımçıq qalan 2019/2020 mövsümünün ilk 6 turu ərzində isə komandalar daha az - 53 dəfə fərqlənə bilmişdilər. 

"Neftçi" lideri üstələyir

Premyer Liqanın ən məhsuldar komandası "Neftçi"dir. "Ağ-qaralar" 6 oyunda rəqiblərini 13 dəfə məyus edə bilib. Flaqman hətta lider "Qarabağ"dan da məhsuldardır. Ən zəif göstərici isə "Sabah"a məxsusdur. Qola yadırğayan paytaxt təmsilçisi 6 turdan cəmi 2-də rəqiblərini məyus edə bilib. 

Neftçi - 13
Qarabağ - 11
Qəbələ - 11
Zirə - 8
Sumqayıt - 4
Səbail - 4
Keşlə - 4
Sabah - 2


1/4-i "ağ-qara"lıdır 

57 qolda 37 futbolçunun imzası var. "Neftçi" fərqlənən oyunçuların sayına görə də öndədir. Belə ki, Samir Abasovun yetirmələrindən 9-u qol sevinci yaşayıb. Başqa sözlə, 13 qolda 9 futgbolçunun imzası var. "Qarabağ"la "Qəbələ"nin isə 6 futbolçusu fərqlənib. 

Neftçi - 9 (Tyaqo Bezerra, Ramon Maçado, Emin Mahmudov, Fəhmin Muradbəyli, Mamadu Kane, Yusif Laval, Sezar Meza Kolli, Voyislav Stankoviç, İsmayıl Zülfüqarlı)
Qarabağ - 6 (Filip Ozobiç, Musa Qurbanlı, İbrahima Vadji, Abdullah Zubir, İsmayıl İbrahimli, Ramil Şeydayev)
Qəbələ - 6 (Ülvi İsgəndərov, Yaovi Akakpo, İsnik Alimi, Rafael Utziq, Rövlan Muradov, Ehtiram Şahverdiyev)
Zirə - 4 (David Volkov, Mohamed Hamdaui, Loris Broqno, Təmkin Xəlilzadə)
Keşlə - 4 (Anatole Abanq, Aldair Neto, Merab Qiqauri, Felipe Silva)
Sumqayıt - 3 (Rəhim Sadıxov, Tellur Mütəllimov, Əli Qurbani)
Səbail - 3 (Yurgen Qoxa, Nikolas Raysel, Cabir Əmirli)
Sabah - 2 (Şpiro Periçiç, Aleksey İsayev)

Məhsuldar legionerlər

Məhsuldarlıq göstəricisinə görə legionerlərin yerli futbolçuları üstələdiyini qeyd edək. Belə ki, 57 qoldan 24-ü özümüzünkülərin, 33-ü isə gəlmə oyunçuların payına düşür. Altı turda azı 2 qol vuran oyunçuların sayı 15-ə çatır ki, onların 10-u legionerdir. Bombardir yarışına isə 5 qolla "Zirə"nin gürcü legioneri David Volkov başçılıq edir.

David Volkov (Zirə) - 5
Ülvi İsgəndərov (Qəbələ) - 3
Filip Ozobiç (Qarabağ) - 3
Yaovi Akakpo (Qəbələ) - 2
İsnik Alimi (Qəbələ) - 2
Tyaqo Bezerra (Neftçi) - 2
Yurgen Qoxa (Səbail) - 2
Ramon Maçado (Neftçi) - 2
Emin Mahmudov (Neftçi) - 2
Fəhmin Muradbəyli (Neftçi) - 2
Musa Qurbanlı (Qarabağ) - 2
Rəhim Sadıxov (Sumqayıt) - 2
Rafael Utziq (Qəbələ) - 2
İbrahima Vadji (Qarabağ) - 2
Abdullah Zubir (Qarabağ) - 2

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X