Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, AFFA bununla bağlı təklif aldığı bolqarların müraciətini təsdiqləyib. Yığmamız Mixail Madanskinin yetirmələri ilə avqustun 14-də onların meydanında üzləşəcək.
Bu, hər 2 komandanın Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına son hazırlıq olacaq. Belə ki, Bolqarıstanı sentyabrın 6-da Estoniya, 4 gün sonra Rusiya ilə matçları gözləyir. Almaniyalı Berhnard Lippertin baş məşqçisi olduğu yığmamız isə sentyabrın 7-də İsrailin qonağı olacaq.
İdman24.az