Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində gerçəkləşəcək.
Seçmə mərhələ matçlarından sonra qruplarda ikinci yeri tutmuş 12 komanda üç vəsiqə uğrunda mübarizə aparacaq. Pley-off mərhələsi üç hissəyə bölünüb, hər birində yarımfinal, sonra isə final oynayan 4 komanda yer alacaq.
2-ci yer sahiblərindən qruplarında ən çox xal toplayan yığmalar yarımfinalları öz stadionlarında təşkil edəcək. Püşkatmadan sonra finalın ev sahibi bilinəcək.
Qeyd edək ki, dünya çempionatı 2022-ci ilin 21 noyabr - 18 dekabr tarixləri arasında təşkil olunacaq.