Millimizin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi "Bursaspor" klubunda fərqlənib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu komandasında cari mövsümdə vurulan qollara ən çox töhfə vermiş oyunçular sırasındadır.
O, 3 qolun ötürməsini verib. İlk sıradan isə Massimo Bruno qərarlaşıb. Belçikalı futbolçunun aktivində 2 qol və 2 ötürmə var.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor" bu yay keçib. Onun Türkiyə klubu ilə 2 illik müqaviləsi var.