"Barselona"nın müdafiəçisi Jordi Alba Çempionlar Liqasında bu gün Kiyev "Dinamo"suna qarşı keçirdikləri oyun (1:0) barədə fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, "Marca" "Kamp Nou"dakı matçda qeydə alınan yeganə qolun ötürməsini verən Albanın söylədiklərini belə çatdırıb:
"İlk yarıda daha çox qol vura bilərik. İkinci hissədə yaxşı oyun sərgiləməsək də, rəqibin də qol imkanları olmadı. Fasilədən sonra pressinqlə bağlı problemlərimiz var idi.
Pike əlbəttə ki, əla müdafiəçidir. Karyerası ərzində çox lazımlı qollar vurub. Ona verdiyim konfet kimi ötürməyə görə mənə təşəkkür etməlidir. "Real"la oyundan öncə bu qələbə yerinə düşdü. Təbii ki, bizi çətin qarşılaşma gözləyir. Azarkeşlərimizi sevindirə biləcəimizə ümidliyik".
Nihat