14:04 21.10.2021 662

"Kayrat"la oyun baş məşqçilərin "taktiki savaşı" olacaq" - İlqar Qurbanov

Bu gün UEFA Konfrans Liqasının III turu çərçivəsində Ağdamın "Qarabağ" klubu Bakıda Qazaxıstan "Kayrat"ına qarşı oynayacaq.

Fanat.Az sözügedən qarşılaşma ilə bağlı ağdamlıların keçmiş futbolçusu İlqar Qurbanovun fikirlərini öyrənib.

Hazırda AFFA-da seleksiyaçı vəzifəsində çalışan Qurbanov bugünkü oyunu baş məşqçilərin "taktiki savaşı" saydığını vurğulayıb:
 

"Kayrat"la oyunun əhəmiyyəti çox böyükdür. "Qarabağ"ın 4 xalı var. Qələbə qazansa, o deməkdir ki, əsas rəqiblərindən birindən aralanacaq. Qrupda "Bazel" kimi rəqib varsa, arxayınlaşmaq olmaz. İsveçrə təmsilçisi ilə səfərdə keçiriləcək son oyuna qədər liderliyi möhkəmləndirmək lazımdır. Mümkün qədər az xal itkisinə yol verməliyik. 

Mətbuatdan oxuduğumuza əsasən deyə bilərik ki, "Kayrat"ın bəzi problemləri var. Bir müddət əvvəl qazax mətbuatı yazırdı ki, bəzi futbolçular baş məşqçi ilə yola getmir. Hətta klub bu barədə açıqlama yaymağa məcbur qalmışdı. Bundan başqa, heyətdə itkiləri var. Zədə və digər səbəbdən əsas oyunçularından bir neçəsi bu gün komandaya kömək etməyəcək. Ancaq bu o demək deyil ki, "Kayrat" rahat təslim olacaq. Rəqibin başında Kurban Berdiyev kimi çox təcrübəli mütəxəssis var. Düşünürəm ki, bugünkü oyun daha çox taktiki baxımdan yadda qalacaq. Çünki hər iki komandanın baş məşqçisi taktiki baxımdan çox güclüdür. İnanıram ki, "Qarabağ" öz meydanında, doğma azarkeşləri önündə ilk növbədə baxımlı futbol, daha sonra qələbə qazanmaqla bizləri sevindirəcək". 

Millinin sabiq oyunçusu "Qarabağ"ın hücum xəttinin "Kayrat"ı məyus edəcəyinə əmin olduğunu deyib: 

"Sözsüz ki, "Kayrat" asan rəqib deyil. "Qarabağ"a rahat olmayacaq. Amma təmsilçimizin hücum xətti istənilən rəqibi məyus etməyə qadirdir. "Qarabağ"da elə sistem qurulub ki, hər il 3-4 dəyişiklik baş versə belə, dəstixətt pozulmur. Fikir verin, indi komandada aşkar lider yoxdur. Amma əvəzində komanda oyunu var. Xüsusilə qeyd etdiyim kimi, hücum xətti çox güclüdür. Arzulayaq ki, bu gün Zubirin, Kadinin, Vadjinin, Şeydayevin günü olsun, yəni motivasiya olunub meydana çıxsınlar və hansısa arzuolunmaz gedişat baş verməsin. O halda "Kayrat"ın şansı çox olacaq". 

İlqar Qurbanov Ağdam təmsilçisinin qrupdan çıxmaq potensialını yüksək dəyərləndirib: 

"Qazaxıstan təmsilçisi bu həftəsonu "Astana" ilə derbi matçına çıxacaq. Amma çətin ki, güclərini bölüşdürsünlər. Əvvəla, "Kayrat"ın çempionluq şansı qalmayıb, çempionatı bürünc mükafatla başa vuracaq. Həm də indiki məqamda avrokubok daha vacibdir. Yəqin ki, bütün güclərini bugünkü oyuna səfərbər ediblər. Buna baxmayaraq, "Qarabağ"ı daha şanslı görürəm. Ümumiyyətlə, ağdamlılarda qrupdan çıxaraq tarix yazmaq potensialı var. Kaş Bədavinin yoxluğunda daha yaxşı formada olan bir müdafiəçi alaydılar. Digər mövqelərlə bağlı sıxıntı görmürəm. Ümid edirəm ki, "Qarabağ" bu il nəhayət, qrupdan çıxaraq, azarkeşlərə sevinc bəxş edəcək".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

Facebookdan bizi izləməyi unutmayın.
X