Avropada cari mövsümdə ölkə çempionatı və avrokuboklarda ən uzun məğlubiyyətsizlik seriyasına sahib klubların adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda Konfrans Liqasında çıxış edən təmsilçimiz "Qarabağ" da var.
Ağdam klubu ötən gün KL-in qrupunda Qazaxıstan "Kayrat"ına qalib gələrək (2:1) məğlubiyyətsizlik seriyanının sayını 16-ya çatdırıb. "Köhlən atlar" 9 dəfə avrokuboklarda, 7 dəfə isə Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyun keçiriblər.
Bu göstəricimiz İngiltərə nəhəngi "Liverpul" və Bundesliqa lideri "Zaltsburq"la eynidir.
Xatırladaq ki, "Qarabağ" növbəti oyununu APL çərçivəsində səfərdə "Səbail"ə qarşı keçirəcək. Görüş oktyabrın 25-i 19:00-da start götürəcək.
Emin Şəmsiyev