14:27 25.10.2021 3109

\"Keşlə\"nin əməkdaşlarından xanım azarkeşə qarşı hörmətsizlik

Ötən gün Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Keşlə" "ASK Arena"da "Qəbələ"ni qəbul edib və 2:3 hesabı ilə məğlub olub. 

Matçı izləyənlər arasında olan "Qəbələ" azarkeşi Sevinc Novruzova "Keşlə" klubunun əməkdaşları tərəfindən tribunadan qovulduğunu bildirib. O, bu barədə "Facebook"da məlumat yayıb. 

Məsələni dəqiqləşdirmək üçün xanım azarkeşlə əlaqə saxladıq. Novruzova Fanat.Az-a açıqlamasında hadisəni belə təsvir etdi: 

"Oyundan 40 dəqiqə əvvəl stadiona çatdım. Sumayıtdan gəldiyim üçün gecikməyim deyə tez çıxmışdım. Ancaq stadiona vaxtından əvvəl çatdım. İlk oturduğum yerə "Keşlə"nin iki işçisi gəldi və kobud şəkildə "Sənin yerin oradı" deyə əli ilə qapının arxasını göstərib məni bir növ qovdu. Nəzakətsizlik, mədəniyyətsizlik də öz yerində. Bu zaman polis əməkdaşları gəldi. Hardasa 5-6 nəfər. Hər biri ayrı-ayrılıqda mənə "Burdan getməlisən" dedilər. Səbəbini soruşanda isə, "Keşlə"nin işçisi elə dedi bildirdilər. Sözügedən "Keşlə" əməkdaşlarından birinin adı Tural Hüseynəliyev, digər isə özü təqdim etmədi, ancaq kənardan çağırılanda adının Emin olduğunu eşitdim. İlk öncə klubuma cərimə yazılar və ya problem yaşanar deyə səs-küy olmamasına çalışdım. Həm də düşündüm ki, bəlkə pandemiya vaxtıdır deyə qanun dəyişilib. Ona görə sakitcə başqa yerə keçdim. Onu da qeyd edim ki, oyundan əvvəl gəldiyimdən nə bir şüar, nə bir bayraq açılması, bir sözlə rəqibi qıcıqlandıracaq heç bir addımım olmamışdı. Bayrağım açılmamış vəziyyətdə oturmuşdum.

Ancaq yerimi dəyişdikdən sonra da bu ikili məndən əl çəkmədi. Yenə gəlib "Get sənin yerin oradır, sənin kimilər ordadır" deyə mənimlə kobud rəftar etdilər. Məsələ burasındadır ki, həmin sektorda ən azı 15 nəfər “Qəbələ”li vardı. Geyimlərindən də bəlli idi. Anlamadığım odur ki, yerimi dəyişdirdiyim halda, məndən başqaları da var ikən niyə yalnız mənə qarşı göstəriş oldu ki? Qanun tək mənə şamil olunur? Ya xanımam deyə belə ayrıseçkilik edilir? Bəlkə digər həmcinslərinə gücləri yetməyib, ancaq mənə deyiblər. İstənilən halda o stadionda, o sektorda mən tək deyildim. Buna rəğmən məni “qaralama”ları, xanımam deyə gücsüz bilib qorxutmaqları özümə də qaranlıq qaldı. İnanın, oyun ərzində dəfələrlə Emin adlı "Keşlə" işçisi sağa-sola gedəndə qorxurdum ki, yenə gəlib deyəcək "Get burdan!". 

Bildiyim qədəri ilə hər iki komandanın azarkeşlərinin istənilən yerdə əyləşmək haqqı var. Neytral yerdə oturub oyuna baxmaq niyə bu qədər problem yaratsın ki? 7-8 ildir stadionlara gedirəm, rəqib klubların da stadionlarında olmuşam, ancaq bu günə kimi belə hörmətsizlik görməmişdim. Onu da "Keşlə"nin 2 qoçu işçisinin sayəsində gördüm. Xanıma gücləri yetəcək qədər qoçuluqlarının da şahidi oldum. Təəssüf..." 

Sevinc Novruzovanın şikayətini "Keşlə" klubuna bildirdik. Paytaxt təmsilçisinin mətbuat katibi Səbuhi Məmmədov saytımızda açıqlamasında bildirdi ki, "Biz heç kimə qarşı hörmətsizlik etməmişik, sadəcə, həmin xanımın "Qəbələ" azarkeşi olduğunu görüb onu azarkeşlərin olduğu yerdə əyləşməsini xahiş ediblər. Bunu da polis əməkdaşları xahiş ediblər. Sevinc xanımı mən də tanıyıram. Amma mənə verilən məlumata görə, Sevinc xanım, matçın sonunadək əyləşdiyi yerdən oyuna baxıb. Sadəcə, təhlükəsizlik məsələsinə görə xahiş olunub ki, "Qəbələ" azarkeşlərinin dayandıqları yerdə əyləşsin". 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X