16:09 26.10.2021 822

Millimizin baş məşqçisi postundan ayrıldı, yeni vəzifəyə təyin olundu

Qadınlardan ibarət güləş millimizin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub.

Azərbaycan Güləş Federasiyasından Fanat.Az-a verilən məlumata görə, təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək. 

Məhz bu səbəbdən 2005-16-cı illərdə sərbəst güləş üzrə yığmamızda məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandanı çalışdıran Ağayev millimizin baş məşqçisi vəzifəsindən ayrılıb.

Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi mütəxəssislə görüşüb. Yığma komandaların məşqçiləri və güləşçilərinin də iştirak etdiyi tədbirdə federasiyanın prezident əvəzi Namiq Əliyev Aslan Ağayevin sərbəst və qadın güləşinin inkişafında göstərdiyi xidmətlərə toxunub və bu yolda sərf etdiyi əməyə görə məşqçiyə təşəkkürünü bildirib. Aslan Ağayevə yeni işində uğurlar arzulayan Namiq Əliyev mütəxəssisə federasiya adından xatirə hədiyyələrini təqdim edib.

Aslan Ağayev məşqçilik fəaliyyəti boyunca əlindən gələni əsirgəmədiyini qeyd etməklə yanaşı, güləşin inkişafında Namiq Əliyevin böyük rol oynadığını deyib. Astara Olimpiya İdman Kompleksinin qapılarının güləşçilərin üzünə açıq olduğunu bildirən mütəxəssis bu idman arenasında təlim-məşq toplanışlarının keçirilməsi üçün şərait yaradılacağını da diqqətə çatdırıb.

Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov çıxış edərək Aslan Ağayevə məsul vəzifədə uğurlar arzulamaqla yanaşı, onun Astarada sərbəst və qadın güləşinin inkişafına təkan verəcəyini, bu növlər üzrə millilərimizə yeni güləşçilər bəxş edəcəyinə inandığını dilə gətirib.

Qeyd edək ki, qadın güləşçilərimiz noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X