Ötən gün İtaliya A Seriyasının X turu çərçivəsində "Roma" səfərdə "Kalyari"ni 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, oyundan sonra "Roma"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) "İnstagram" hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.
58 yaşlı mütəxəssis ayaqüstü yemək yediyi anın fotosunu "Oyun bitdi ... 3 xal ... Dadlı yemək..." rəyi ilə paylaşıb.
Xatırladaq ki, "Roma" 10 turdan sonra 19 xala turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Emin Şəmsiyev