Bu gün Çempionlar Liqasında qrup mərhələsinin IV turu start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.
“Barselona” Ukraynada Kiyev “Dinamo”sunu minimal hesabla üstələyib. “Bayern Münhen” isə öz meydanında “Benfika”nı böyük hesabla yenib. Xal hesabını 12-yə çatdıran Almaniya nəhəngi sona 2 tur qalmış qrupdan çıxmaq hədəfini reallaşdırıb.
“Mançester Yunayted” İtaliyada “Atalanta” ilə qarşılaşıb. "Qırmızı şeytanlar" yetərincə gərgin alınan matçdan 1 xalla ayrılıb. “Çelsi” “Malmö”nü tək qolla məğlubuyyətə uğradıbsa, “Yuventus” “Zenit”lə görüşdə büdrəməyib. Evdə qazandığı bu qələbə sayəsində turinlilər də növbəti mərhələyə vəsiqəni təmin edib.
"Volfsburq" "doğma divarlar arası"nda "Zaltsburq" üzərində əzmkar qələbəyə sevinib. İspaniyada "Lill"ə yenilən "Sevilya" qrupda sonuncu yerə düşüb.
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
2 noyabr
E qrupu
Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:1
Qol: Fati, 70.
Bayern Münhen (Almaniya) – Benfika (Portuqaliya) 5:2
Qollar: Levandovski, 26; 61; 84. Qnabri, 32. Sane, 49 – Morato, 38. Nunez, 74.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Bayern | 4 | 4 | 0 | 0 | 17 | 2 | +15 | 12 | |
2 | Barselona | 4 | 2 | 0 | 2 | 2 | 6 | -4 | 6 | |
3 | Benfika | 4 | 1 | 1 | 2 | 5 | 9 | -4 | 5 | |
4 | Dinamo K | 4 | 0 | 1 | 3 | 0 | 7 | -7 | 1 |
1/8 final | Avropa Liqası |
---|
F qrupu
Atalanta (İtaliya) – Mançester Yunayted (İngiltərə) 2:2
Qollar: İliçiç, 12. Sapata, 56 – Ronaldo, 45+1; 90+2.
Vilyarreal (İspaniya) – Yanq Boyz (İsveçrə) 2:0
Qollar: Kapue, 36. Danjuma, 89.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Mançester Yunayted | 4 | 2 | 1 | 1 | 8 | 7 | +1 | 7 | |
2 | Vilyarreal | 4 | 2 | 1 | 1 | 9 | 5 | +4 | 7 | |
3 | Atalanta | 4 | 1 | 2 | 1 | 7 | 7 | 0 | 5 | |
4 | Yanq Boyz | 4 | 1 | 0 | 3 | 3 | 8 | -5 | 3 |
1/8 final | Avropa Liqası |
---|
G qrupu
Volfsburq (Almaniya) – Zalsburq (Avstriya) 2:1
Qollar: Baku, 3. Nmeça, 60 – Vober, 30.
Sevilya (İspaniya) – Lill (Fransa) 1:2
Qollar: Okampos, 15 – David, 43. İkone, 51.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Zaltsburq | 4 | 2 | 1 | 1 | 7 | 5 | +2 | 7 | |
2 | Lill | 4 | 1 | 2 | 1 | 3 | 3 | 0 | 5 | |
3 | Volfsburq | 4 | 1 | 2 | 1 | 4 | 5 | -1 | 5 | |
4 | Sevilya | 4 | 0 | 3 | 1 | 3 | 4 | -1 | 3 |
1/8 final | Avropa Liqası |
---|
H qrupu
Malmö (İsveç) – Çelsi (İngiltərə) 0:1
Qollar: Ziyeş, 56.
Yuventus (İtaliya) – Zenit (Rusiya) 4:2
Qollar: Dibala, 11; 58-pen. Kyeza, 74. Morata, 82 – Bonuççi, 26-öz qapısına. Azmun, 90+2.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Yuventus | 4 | 4 | 0 | 0 | 9 | 2 | +7 | 12 | |
2 | Çelsi | 4 | 3 | 0 | 1 | 6 | 1 | +5 | 9 | |
3 | Zenit | 4 | 1 | 0 | 3 | 6 | 6 | 0 | 3 | |
4 | Malmö | 4 | 0 | 0 | 4 | 0 | 12 | -12 | 0 |
1/8 final | Avropa Liqası |
---|