20:18 02.11.2021 1099

DÇ: Cəfərov finalda, Qənizadənin ümidi "bürünc"ə qaldı

Yunan-Roma güləşçimiz Ülvi Qənizadə U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 72 kq-da mübarizə aparan "klassik"imiz rusiyalı Sergey Kutuzovla üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qənizadə sabah bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl xalçaya çıxan millimizin 67 kiloqram çəki dərəcəsindəki üzvü Həsrət Cəfərov adını finala yazdırmağı bacarıb. 

*** 20:08

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 67 kq-da çıxış edən idmançımız yarımfinalda türkiyəli Kadir Kemala 4:1 hesabı ilə qalib gələrək qızıl medal uğrunda həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Gənclər arasında builki dünya və Avropa çempionatlarının qalibi olan pəhləvanımızın finaldakı rəqibi iranlı Cavad Rezayi olacaq. Görüş sabah baş tutacaq.

*** 18:35

Azərbaycanın daha bir yunan-Roma güləşçisi U-23 dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 72 kq-da çıxış edən Ülvi Qənizadə 1/4 finalda macarıstanlı Atilla Tamaş Toesmagi ilə üz-üzə gəlib və qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıb.

"Klassik"imiz finala vəsiqə uğrunda rusiyalı Sergey Kutuzovla mübarizə aparacaq.

Yarımfinala yüksələn digər təmsilçimiz Həsrət Cəfərovun bu mərhələdəki rəqibi isə türkiyəli Kadir Kemal olacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 19:45-də başlayacaq.

*** 17:54

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov 23 yaşadək güləşçilər arasında dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əvvəlcə Meksikadan olan Dieqo Alberto Martinesi 3:1, ardınca rumıniyalı Vasile Alexandru Dosofteini 10:1 hesabı ilə yenərək 1/4 finala vəsiqə qazanıb. Burada qazaxıstanlı Sultan Assetuliyə də heç bir şans tanımayan (9:2) 19 yaşlı idmançımız adını yarımfinala yazdırıb.

Gənclər arasında dünya və Avropa çempionatının son qalibi finala vəsiqə uğrunda Kadir Kemal (Türkiyə) / Elmer Yoakim Matilla (Finlandiya cütünün qalibi ilə üz-üzə gələcək.

72 kq-da çıxış edən Ülvi Qənizadə isə öncə qırğızıstanlı Ligilek Satimkulu 5:0 məğlub edib. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşı 12:7 üstələyən Ülvi 1/4 finalda macarıstanlı Atilla Tamaş Toesmagi ilə qurşaq tutacaq.

Millimizin 55 kq-dakı üzvü Nihad Quluzadə isə təsəlliverici görüşlərə çıxıb. O, əvvəlcə Özbəkistandan olan həmkarı İxtiyor Botirova, növbəti qarşılaşmasında isə ukraynalı Taras Krupskiyə qalib gələrək bürünc medal uğrunda həlledici görüşə vəsiqə qazanıb. Nihad burada ABŞ təmsilçisi Teylor Kreyqlə münasibətləri aydınlaşdıracaq.

***

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə çəkisi 60, 67, 72, 82 və 97 kiloqram olan yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. 

Millimiz bu çəki dərəcələrinin ikisində təmsil olunacaq. 

67 kq-da gənclər arasında dünya və Avropa çempionu Həsrət Cəfərov xalça üzərinə çıxacaq. 19 yaşlı pəhləvanımız startda meksikalı Dieqo Alberto Martineslə qüvvəsini sınayacaq.

72 kq-dakı təmsilçimiz Ülvi Qənizadə isə ilk olaraq qırğızıstanlı Liqilik Satimkulun müqavimətini qırmağa çalışacaq.

Hər iki güləşçimizin debütü 1/16 final mərhələsinə təsadüf edəcək.

Bu gün həmçinin 55 kq-dakı milli üzvü Nihad Quluzadə təsəlliverici görüşə çıxacaq. O, Özbəkistan nümayəndəsi İxtiyor Botırovla qurşaq tutacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
17:36

"Sabah" hesabda öndə, Tovuzda və Bayılda qol yoxdu - YENİLƏNİR

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X