15:41 11.02.2014 643

"Flavinyo, Reynaldo kimi əcnəbilər də 100 mindən çox almamalıdı" -MÜSAHİBƏ

"İnter"in prezidenti Georgi Nikolovun Fanat.az-a müsahibəsi


- Prezidenti olduğunuz “İnter”in durumu sizi qane edir?

- Həmişə olandan daha yaxşısını görmək istəyirəm. Klubda işlər öz axarı ilə gedir. Komandaya gəlincə, bizimkilərin 4-cü yox, 1-ci pillədə qərarlaşmasını istəyərdim.


- Payızda verdiyiniz müsahibələrin birində “bundan sonra bütün transferləri baş məşçi ilə məsləhətləşib ikilikdə həyata keçirəcəyik” söyləmişdiz. Qışda heyətə qatılan oyunçularla bağlı qərarları birgə verdiz?

- Bəli. Fikrimcə, həmrəyliyimiz normal alındı. Düzdü, insan həmişə səhv edə bilər. Ancaq bacardığımız qədər yaxşı seçim etməyə çalışmışıq.


- Yohan Bokonyano, Dieqo Madriqal, İvo Tobonski kimi əcnəbiləri rənglərinə bağlayan klubun gücləndiyinə əminsiz?

- Təxminən 30 faiz güclənmişik. Ən azı buna ümid edirəm. Məntiqlə, yenilər komandanın gücünə güc qatmalıdı. Onlarla anlaşmamışdan öncə hər şeyi ciddi şəkildə götür-qoy etmişik. Ayrı-ayrılıqda hər birindən nəsə gözləməyə dəyər. Bokonyanonu Fransada yaşayan bir tanışımın məsləhəti ilə baxışa çağırdıqsa, İvonun “İnter”ə gəlməsində sabiq çex futbolçumuz Branislav Çervenkonun köməyindən faydalandıq. Doğrusu biz Tobonskiylə yox, başqa çex hücumçuyla maraqlanırdıq. Çervenko həmin forvardın yaxşı formada olmadığını söyləyib İvonu məsləhət gördü. Branislav bizdə oynadığı müddətdə özünü səviyyəli insan, yaxşı futbolçu kimi tanıtmağa imkan tapıb. Bu üzdən ona şəxsən inanıram.


- Transferlərə nə qədər xərciniz çıxdı?

- Vasitəçilərə verdiyimiz pulu da nəzərə alsaq, çox az. Çünki yalnız azad agent statusu daşıyanları heyətə qatdıq.


- Həmişə maliyyə “feyr-pley”ini önə çəkmisiz. O zaman öz klubunuzun digər iddialılardan bu mənada nə ilə fərqləndiyini ortaya qoymaq məqsədi ilə yenilərin nə qədər qazanacağını açıqlayın.

- Heç biri 150 min dollardan çox almayacaq. Təəssüf ki, Azərbaycanda maliyyə “feyr-pley”i olmayıb və yoxdu. Olsaydı, heç 150 min də almazdılar. Yerli mühitdəki orta qazanc göstəricisinə görə bu qədər vermək məcburiyyətindəyik.


- Yaxşı, sizcə çempionluğa oynayan Premyer Liqa təmsilçilərinin heyətində top qovan əcnəbilər nə qədər qazanmağı haqq edir?

- Uzağı 100 min dollar. Fırıldaqçı menecerlər və öz cibini fikirləşən insanlar məvaciblərin indiki həddə çatmasına yol açıb. Lap Flavinyo, Reynaldo kimi əcnəbilər də 100 mindən çox almamalıdı. Portuqaliyanın orta səviyyəli klublarında bura gələnlərdən yaxşıları 60-70 minə oynayır. Bu gün ölkə çempionatında balans anlayışı yoxdu. Varlılar öz uğuru naminə pul kisəsinin ağzını açıq saxlayırsa, bu hələ inkişaf demək deyil. Büdcə formalaşdırmağın yolunu tapmamısansa, klub olaraq uğur qazanmamısan.


- Siz nə vaxtsa oyunçu satışından irəli düşmüsüz?

- 2009-cu ildə. Həmin vaxt Mahir Şükürovun keçidinə görə Mahaçqala “Anji”si bizə pul ödəmişdi. Eləcə də Daniel Axtyamovu Moskva “Torpedo”suna kobud desək, satmışdıq. Söhbət böyük pullardan getməsə də, büdcəyə müəyyən məbləğ əlavə edilmişdi. O vaxtdan bəri ciddi bir şey olmayıb. “Daxili bazardakı xırdavat alverini” də unutmayaq.


- Telelyayım məsələsi son vaxtlar yenidən gündəmə gəlib. Bu yöndə sizin fikrinizi bilmək istərdik.

- Cari mövsüm bəzi ev oyunlarımızı göstəriblər. Biz “İnter” olaraq heç vaxt telekanallara pul ödəmədiyimizə görə indiki ilə əvvəlkinin arasında ciddi fərq sezmirik. Gec-tez Avropanın tutduğu yolla getməli olduğumuzu anlayacağıq. Hazırda “Topaz” PFL-dən hədiyyə aldığı hüququ hansısa telekannalara verib. Onlar da öz növbəsində ürəyi istədiyi görüşləri yayımlayır. Məsələ həllini tapmalıdı. Telekanallar pul vermək istəməsə, klublar sözü bir yerə qoyub oyunları yalnız öz saytı vasitəsi ilə göstərməlidi. Belədə, vəziyyət kökündən dəyişər.


Fanat.az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X