Snuker üzrə dünya çempionu Mark Selbi (Mark Selbi) "English Open" çempionatının ilk turunda 17 yaşlı Ceymi Uilsonla (Jamie Wilson) üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, dördqat dünya çempionu Selbi görüşün 3-cü freymində "megacomeback" edib. Amma sonda sıradan vuruşu yerinə yetirə bilməyib və beləliklə növbəni 17 yaşlı rəqibinə verib. Uilson şarı luzadan keçirərək görüşü qalib başa vurub.
Həmin görüşün videosunu təqdim edirik:
😬 Селби творил мегакамбэк, но допустил обиднейшую ошибку.
— Eurosport.ru (@Eurosport_RU) November 3, 2021
Ну и кто «убил» Марка? pic.twitter.com/hfWBpzXgJG
Xatırladaq ki, "English Open" turniri 1-7 noyabr aralığında keçirilir və mükafat fondu 450 min funt sterlinq təşkil edir.
Emin Şəmsiyev