Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ünvana Almaniyanın “Bayern Münhen” klubunun hücumçusu Robert Levandovski sahib çıxıb.
Qrup mərhələsinin 4-cü turunda Münhen təmsilçisinin "Benfika"nı (Portuqaliya) 5:2 hesabı ilə yendiyi matçda Levandovski het-triklə yadda qalıb.
Polşalı futbolçudan başqa həftənin ən yaxşı oyunçusu adına Pedro Qonçalves (“Sportinq”), Kristiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibala (“Yuventus”) da namizəd idi.