Çempionlar Liqasının IV turunda "Laypsiq" öz meydanında PSJ ilə heç-heçə edib - 2:2.
Fanat.Az "Goal" saytına istinadən xəbər verir ki, almanların baş məşqçisi Cessi Marş matçın hakimi Andreas Ekberqi ayrıseçkilikdə ittiham edib.
42 yaşlı mütəxəssis referiləri top klublara simpatiya bəsləməkdə günahlandırıb. Hətta oyundan sonra Ekberqin Neymardan aftoqraf istədiyini də qeyd edib.
Xatırladaq ki, Marş matçın ilk yarısında Ekberqin qərarlarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Emin Şəmsiyev