Azərbaycan Premyer Liqasının X turunda "Zirə" səfərdə "Sabah"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 3:3 hesabı ilə bitən matçı şərh edib:
"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qoldan sonra futbolçular ruhdan düşmədi, irəli atıldılar, qol vurdular. Bundan sonra fürsətlərdən yararlana bilmədilər. Nəticədə yenə qol buraxdıq. İkinci hissə başlayandan sonra da qol epizodumuz oldu. Daha sonra Xuan Kamara qırmızı vərəqə aldı və biz say üstünlüyündən yararlandıq. Rəqib qapansa da, 2 qol vurmağı bacardıq. Nəticə pis deyil".
39 yaşlı mütəxəssis millimizin baş məşqçisi Canni De Byazinin heyəti açıqlamaq üçün son turu gözləməsinə də toxunub: "Yaxşı ki, bu turu nəzərə aldı. Bu, tənqid deyildi".