Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib
Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da start götürüb.
Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.
Azərbaycan Kuboku
1/8 final
1. MOİK - "Qəbələ"
2. "Keşlə" - "Qaradağ Lökbatan"
3. "Sabah" - "Kəpəz"
4. "Zaqatala" - "Səbail"
1/4 final
1. "Zirə" - "Zaqatala" / "Səbail"
2. "Sumqayıt" - MOİK / "Qəbələ"
3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan"
4. "Neftçi" - "Sabah" / "Kəpəz"
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.