AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantı Premyer Liqanın X turunda baş verənlərin müzakirəsinə həsr olunub.
Baş verən qayda pozuntularına hüquqi qiymət verən komitə müvafiq cəzalar tətbiq edib.
“Sabah” – “Zirə” matçında meydan sahiblərinin futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün qəsəbə təmsilçisi 1600 manat cərimələnib.
“Səbail” – “Qəbələ” görüşündə meydan sahiblərinin oyunçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Albaniyalı 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.