Futbol üzrə İngiltərə kubokunun (FA Cup) 1/128 final mərhələsində "Marin" və "Danston" matçında maraqlı hadisə baş verib.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, oyun zamanı stadionda işıqlandırma sistemi sıradan çıxıb və onu futbolçulardan biri təmir edib. "Danston" klubunun futbolçusu Filip Törnbal futboldan əlavə həm də elektrik işləyir.
Filip stadionun işıqlandırmasını təmir edib və matç davam edib.
Xatırladaq ki, oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında "Marin" klubu qalib gəlib (5:4) və növbəti mərhələyə yüksəlib.
Emin Şəmsiyev