Bayıl stadionunda keçirilmiş oyunlarla AFFA-nın U-15 qızlar Liqasının cari mövsümünə yekun vurulub.
III yer uğrunda qarşılaşmada Zaqatala və Sumqayıt komandaları üz-üzə gəlib. 6:5 hesabı ilə qalib gələn Zaqatala komandası mövsümü III pillədə başa vurub.
Final oyununda İmişli və Təhsil komandaları qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən İmişli komandası 4:1 (ümumi nəticədə 6:3) hesabı ilə qələbə qazanaraq AFFA-nın U-15 qızlar Liqasının qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
İdman24.az