14:49 15.11.2021 957

Klublarımızın qış planları

Dekabrın 16-da XIV turun oyunlarından sonra Azərbaycan Premyer Liqasında fasilə yaranacaq. Ölkə çempionatının ikinci yarısına 2022-ci il fevralın 7-də start veriləcək və mayın 21-də yekun vurulacaq.

Bəs klublarımızın qış hazırlıq planı bəlli olubmu? 
 
Fanat.Az premyer liqamızda çıxış edən 8 komandanın qış fasiləsi ilə bağlı planlarını öyrəndi:

Gündüz Abbaszadə ("Qarabağ"ın mətbuat katibi): "İlkin plan bəllidir. Təlim-məşq toplanışını Antalyada keçəcəyik. Yanvar ayının 12-26 tarixləri arasında olmasını planlaşdırmışıq. Tarixdə bir gün dəyişiklik ola bilər. 4 yoxlama oyunu nəzərdə tutulub. Ancaq rəqiblərin adı hələ bəlli deyil". 

Elmar Baxşıyev ("Qəbələ"nin baş məşqçisi): "İndidən qış hazırlığı barədə düşünmürük. Əlbəttə, hər şey büdcədən asılıdır. İmkan olsa, ölkə xaricinə toplanışa yollanmaq barədə fikirləşmək olar. Transferlər də ayrılacaq maliyyədən asılı olacaq".

Rüstəm Allahverdiyev ("Neftçi"nin mətbuat katibi): "Komanda yanvar ayının əvvəlində Bakıda toplaşacaq. Sonra Antalyaya üz tutacağıq. Planda 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Ondan sonra artıq Bakıya qayıdacağıq. Lakin gedəcəyimiz tarix, rəqiblərin kimliyə və digər detallar hələ ki, müəyyən olunmayıb". 

Elman Himayətoğlu ("Zirə"nin baş meneceri): "Hazırlıqla bağlı plan müzakirə edilir. Amma detallar hələ bilinmir. Bu, ölkə xaricinə çıxıb çıxmamağımızdan asılı olaraq dəyişə bilər. Məncə, əksər klublar bunu hələ müəyyənləşdirməyib. Bir neçə gün sonra bu haqda danışmaq olar".

Ayxan Abbasov ("Sumqayıt"ın baş məşqçisi): "Ümumi planımız hazırdır. Bildiyiniz kimi, fevralın 1-də kubok oyunları keçiriləcək. Hazırlığımızı o günə qədər tamamlamağı nəzərdə tutmuşuq. İlk öncə Bakıda toplanış olacaq. Ondan sonra çox istərdik ki, Antalyada təlim-məşq toplanışı keçək. Antalyada bir çox şirkətlər otellərini təqdim edirlər. Yəqin ki, rəhbərlik bu yöndə işləyir. İnanırıq ki, təlim-məşq toplanışını Antalyada keçə biləcəyik. Çünki ora həm hava şəraiti, həm də rəqiblər baxımından komandanın yaxşı hazırlanmasına şərait yaradır". 

Səbuhi Məmmədov ("Keşlə"nin mətbuat katibi): "Hazırda komanda qarşıdakı oyunlara köklənib. Qış hazırlığı barədə çox güman gələn ay müəyyən fikir bildirə bilərik".

Aftandil Hacıyev ("Səbail"in baş məşqçisi): "Hələlik müzakirə edirik. Yekun qərar yoxdur. Çox suallar, aydınlıq gətirilməli olan detallar var. Getmək istədiyimiz ölkədə, məskunlaşacağımız oteldə peyvəndlə qəbul məsələlərindən tutmuş rəqiblərə qədər hamısı şərtdir. Təbii ki, imkan da şərtdir. Bu kimi suallar olduğu üçün qışda harasa gedib-getməyəcəyimizə qərar verməmişik".   

Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Komandanın qış hazırlıq planı hələ tam bəlli deyil. Dəqiqləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X