Gürcüstan milli komandasının baş məşqçi Villi Sanyol Azərbaycan çempionatının bombardiri olan "Zirə"nin hücumçusu Davit Volkovu tərifləyib.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssis Özbəkistanla yoldaşlıq görüşü ərəfəsində baş tutan mətbuat konfransında bu barədə açıqlamasında belə deyib:
"Milli komandaya ilk dəfə 26 yaşında çağırılmasına rəğmən, asanlıqla adaptasiya keçən oyunçunu nadir hallarda görmüşəm. Mən təkcə onun oyunundan danışmıram, həm də komanda ilə necə yaşadığını da nəzərdə tuturam. Mən bütün bunlardan razı olmaqla yanaşı, özümə qarşı qəzəbliyəm. Çünki Volkov mənə sübut etdi ki, ona daha əvvəlki vaxtlarda şans verməli idim".
Qeyd edək ki, Davit Volkov Gürcüstan millisində debütünü noyabrın 11-də İsveçə 2:0 hesabı ilə qalib gəldikləri oyunda gerçəkləşdirib. O, DÇ-2022-nin seçmə oyununda meydana 70-ci dəqiqədə çıxıb. Hazırda Volkov 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.
Mirağa