"Qarabağ"a qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox nəzarət edirdi, qol imkanları da yetərincə çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra qatıldığı mətbuat konfransında "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzduqları qarşılaşmanı dəyərləndirib:
"Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi. Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu pillədə bitirsən, Birinci Diviziona getməsən belə, bu, heç kimə xoş olmaz".
Qurbanov komandanın gələcək planları barədə rəhbərliklə müzakirə aparmadıqlarını bildirib: "Hansı planlar üzərində işləyəcəyimizi danışmamışıq. Mövsümün sonunu gözləyirik. Sadəcə, bilinən b udur ki, "Keşlə"nin adı dəyişib "Şamaxı" olacaq və bu klub Şamaxını təmsil edəcək".