Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" "Səbail"i 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, görüş ətrafında baş verən bəzi məqamlar da yetərincə diqqətçəkən idi.
* Oyun başlamazdan əvvəl isinmə hərəkətləri zamanı Əfran İsmayılov və Ruslan Abışovun rəqib olmaqlarına baxmayaraq dostluq münasibətləri gözümüzdən yayınmadı.
* Oyunun 44-cü dəqiqəsində "Zirə" azarkeşləri "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə Vətən müharibəsi şəhidlərini yad etdilər. "Səbail" tərəfdarları isə hərbi salamla ehtiram göstərdilər.
* "Səbail"in "49" adlı fanat qrupu bu dəfə də maraqlı şəkildə sevimli klublarına dəstək oldular. Onlar oyunun 70-ci dəqiqəsində kağız üzərində QR kodu nümayiş etdirdilər Həmin QR kod maraqlı bir yazıya keçid verir. QR kodda gələn ildən Şamaxı şəhərini təmsil edəcək "Keşlə" klubunun azarkeşlərinə müraciət əks olunub.
* Oyunu ilk dəqiqədən sona qədər meydanın küncündən izləyən azarkeş də nəzərimizdən qaçmadı.
* Görüşün 50-ci dəqiqəsində "Səbail"in yarımmüdafiəçisi Araqo rəqibə qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırırldı. Epizoda yaxın olan "Zirə"nin ehtiyat futbolçuları isə hakimə "qırmızı verməlisən" deyərək etiraz etdilər.
Emin Şəmsiyev