01:56 24.11.2021 1627

ÇL: "Mançester Yunayted" və "Çelsi" növbəti mərhələdə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları üzrə səkkiz matç baş tutub.
 
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bayern Münhen” Ukraynada Kiyev "Dinamo"suna xal verməyib. “Barselona" isə İspaniyada “Benfika”nı qəbul edib. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Amma bu görüşdə qapılara qol vurulmayıb.
 
F qrupunda “Mançester Yunayted” İspaniyada "Vilyarreal"ı yenərək sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”la heç-heçə oynayıb - 3:3.

G qrupunun lideri “Zaltsburq” Fransada “Lill” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcəkdi. Lakin Fransa çempionu bu görüşdən qalib ayrılıb. “Sevilya” da evdə “Volfsburq” üzərində inamlı qələbə qazanıb. Bu qrupda bütün suallara son turda aydınlıq gələcək.
 
H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalı idi. Amma "zadəganlar" buna darmadağınla reallaşdırıb. Qrupun digər oyununda “Zenit” İsveçdə "Malmö" ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
 
Daha öncə “Bayern” və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klubları da pley-offa vəsiqəni təmin etmişdi.


UEFA Çempionlar Liqası
Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Bayern Münhen" (Almaniya) 1:2
Qollar:
Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.
 
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) 0:0

S   Komanda O Q H M V B F X
1   Bayern 5 5 0 0 19 3 +16 15
2   Barselona 5 2 1 2 2 6 -4 7
3   Benfika 5 1 2 2 5 9 -4 5
4   Dinamo K 5 0 1 4 1 9 -8 1
   1/8 final         Avropa Liqası

 

F qrupu

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:2
Qollar:
Ronaldu, 78. Sanço, 90.

"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) 3:3
Qollar:
Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.

S   Komanda O Q H M V B F X
1   Mançester Yunayted 5 3 1 1 10 7 +3 10
2   Vilyarreal 5 2 1 2 9 7 +2 7
3   Atalanta 5 1 3 1 10 10 0 6
4   Yanq Boyz 5 1 1 3 6 11 -5 4
   1/8 final         Avropa Liqası

 

G qrupu

"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) 1:0
Qol:
David, 31.
 
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) 2:0
Qollar:
Cordan, 13. Mir, 90+7.

S   Komanda O Q H M V B F X
1   Lill 5 2 2 1 4 3 +1 8
2   Zaltsburq 5 2 1 2 7 6 +1 7
3   Sevilya 5 1 3 1 5 4 +1 6
4   Volfsburq 5 1 2 2 4 7 -3 5
   1/8 final         Avropa Liqası

 

H qrupu

"Malmö" (İsveç) - "Zenit" (Rusiya) 1:1
Qollar:
Rieks, 28 – Rakitski, 90+2-pen.

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) 4:0
Qollar:
Çaloba, 25. R.Ceyms, 56. Hadson-Odoi, 58. Verner, 90+5. 

S   Komanda O Q H M V B F X
1   Çelsi 5 4 0 1 10 1 +9 12
2   Yuventus 5 4 0 1 9 6 +3 12
3   Zenit 5 1 1 3 7 7 0 4
4   Malmö 5 0 1 4 1 13 -12 1
   1/8 final         Avropa Liqası


Qeyd edək ki, "Bavariya", "Yuventus",  "Liverpul" və "Ayaks" pley-offa vəsiqəni təmin ediblər. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X