Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
Fanat.Az xəbər verir ki, E qrupunda mübarizə aparan "Bayern Münhen" səfərdə Kiyev "Dinamo"sunun qonağı olacaq.
Almaniya təmsilçisi sözügedən qarşılaşmaya itkilərlə çıxacaq. Komandanın əsas heyət oyunçularından 8-i matçı buraxacaq. Bunlar Dayo Upamekano, Niklas Zyule, Yosip Stanişiç, Coşua Kimmix, Serj Qnabri, Erik Çupo-Motinq, Mikael Kyuizans və Camal Musialadır.
Məlumatı klubun rəsmi saytı yayıb.
Marsel Zabitser ilə Kinqsli Komanın da çıxışı sual altındadır.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Röya