"Şerif"in idman direktoru Vaja Tarxnişvili Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Real" üzərində qələbəni (2:1) və UEFA prezidenti Aleksandr Çeferinlə görüşü barədə maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, Moldova mətbuatına danışan gürcü funksioner həmin oyunu belə xatırlayıb:
“Oyun günü dostlarıma dedim ki “Bu gün istisna olmaqla, mən həmişə "Real" azarkeşiyəm. Görüş günü ağlıma nə gəldi? İlk qolu vuranda ətrafda oturan dostlarım qışqırmağa başladılar. Dedim ki "sus, xoşbəxt olmaq üçün hələ tezdir". Sonra “Real” hesabı bərabərləşdirdi. Həmin vaxt düşünürdüm ki, hər şey bitsin, yəni görüşdən heç-heçə ayrılaq. Amma Tillin vurduğu qol... Mən orada çox pis sözlər qışqırırdım, emosiyalar məni bürümüşdü".
Tarxinaşvili UEFA prezidenti Aleksandr Çeferinlə aralarındakı dialoq barədə də danışıb. Sən demə, Çeferin "Şerif" rəsmisindən "Real"ı udmağı istəyibmiş:
"Şaxtyor"u məğlub etdikdən sonra Çeferinlə səfərdəki tədbirlərin birində o, mənə "Real"a qalib gəl" dedi. Cavab verdim ki "problem olmayacaq". Doğrudan da, biz qalib gəldik. Çeferin yaxşı oğlandır, çox sadə insandır".
Mirağa