“Sabah”da koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov komandada 6 nəfərin testi pozitiv çıxdığını bildirib.
Onlardan 5-i məşqçi, 1-i isə futbolçudur. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyev koronavirusa yoluxduğu üçün karantinə alınıb. Onlardan bəziləri ötən həftə bu virusa yoluxduğu bəlli olub.
Hazırda məşqçilər korpusunda yalnız Vladimir Şeludko və baş məşqçi Murad Musayev sağlamdır. Onların testi neqativ çıxdığından, növbəti matçda texniki zonadakı yerlərini ala biləcəklər.
Bakı təmsilçisində testi pozitiv çıxan futbolçu isə Mixeil Erqemlidzedir. Karantinə alınan gürcüstanlı hücumçunun qarşıdakı iki turu buraxacağı dəqiqdir.
Qeyd edək ki, “Sabah” Premyer Liqanın XII turunda noyabrın 27-də “Keşlə” ilə qarşılaşacaq. (Apasport.az)