"Səhv hər kəsdə var, Rəhim Həsənov da həmin oyunda səhv etmişdi, amma qərəzlilik məsələsindən söhbət belə gedə bilməz". Fanağ.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı danışan PFL-in prezidenti Ramin Musayev deyib.
"İnterAz"da yayımlanan "Arena" verilişinin qonağı olan Musayev azarkeşlərin stadionda təhqiramiz sözlər işlətməsinə münasibət bildirərək, bunun yolverilməz olduğunu deyib: "Bu halı qəbul etmək olmaz. "Mən vaxtilə "Neftçi"də işləyəndə 11-ci saniyədə "Xəzər-Lənkəran"a qol vurmuşduq. Heç o vaxtı bizi nə söydülər, nə də ki döydülər. İndi isə azarkeşlər heç də lazım olmayan ifadələr işlədirlər. Ona görə də komandalar fan-klublarla daha sıx işləməli və buna yol verən azarkeşləri bu fikirdən uzaqlaşdırmalıdılar".
Fanat.az