"Barselona" "Bazel"in futbolçusu Artur Kabralla bağlı İsveçrə təmsilçisi ilə danışıqlara başlayıb.
Fanat.Az "SPORT" portalına istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi braziliyalı hücumçunu yanvarda transfer etmək istəyir.
Kabralı Kataloniya klubuna Braziliya və Portuqaliyada ixtisaslaşan yeni skaut Deko tövsiyə edib.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm 24 oyunda meydana çıxıb və 23 qol vur, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin