Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu gün daha beş matç baş tutub.
“Mançester Siti” “Vest Hem”i çətinliklə üstələyib. "Everton" rəqib meydanında "Brentford"a uduzubsa, "Lester Siti" "Uotford"u evə xalsız göndərib.
Turun mərkəzi qarşılaşması Londonda keçirilib. Lider “Çelsi” öz meydanında “Mançester Yunayted”lə qollu bərabərliyə razılaşıb.
“Börnli” - “Tottenhem”inoyunu isə güclü qar üzündən təxirə salınıb.
İngiltərə Premyer Liqası
XIII tur
28 noyabr
Börnli – Tottenhem oyunu təxirə salınıb
Brentford – Everton 1:0
Qol: Toni, 24-pen.
Lester Siti – Uotford 4:2
Qollar: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.
Mançester Siti – Vest Hem 2:1
Qollar: Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.
Çelsi – Mançester Yunayted 1:1
Qollar: Jorjinyo, 69-pen – Sanço, 50.
27 noyabr
Arsenal – Nyukasl 2:0
Qollar: Saka, 56. Martinelli, 66.
Kristal Pelas – Aston Villa 1:2
Qollar: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.
Liverpul – Sauthempton 4:0
Qollar: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.
Norviç Siti – Vulverhempton 0:0
Brayton – Lids 0:0