10:31 29.11.2021 603

Azərbaycanda tennis niyə yoxdur?

Bu günlərdə və daha dəqiq desək, 23.11.2021 tarixində, İdman TV kanalında olan verilişdə qaldırılan mövzuda qonaq qismində iştirak etdim.

Verilişdə fikirlərimi aydın şəkildə desəm də, ümumi olaraq, veriliş tənqid ilə deyil, federasiyanın reklamı ilə yadda qaldı. Əlbəttə, tennis sevənlər arasında, həmçinin tennisdən anlayanlar arasında bu verilişin “gülünc” keçdiyi fikirləri ortaya atıldı.

Verilişdə federasiyanın uşaqların gələcəyi üçün o qədər önəmli olmadığı, valideynlər üzərinə yükün atıldığı fikirləri səsləndi. Həmçinin qonşu ölkə Gürcüstan misal gətirilərək, ordakı tennisçilərin öz güclərinə inkişaf etdikləri fikirləri səsləndi. Qeyd etdiyim kimi, bu müştərək işdir.

Mən dəqiq bilmirəm, Gürcüstan tennisçiləri kimin gücünə turnirlərə gedir və inkişaf edir, lakin hər zaman Teymuraz Gabaşvilini kortlarda görəndə təəssüflənirəm ki, Azərbaycandan ərazi və əhali baxımından nə qədər kiçik olan ölkədən tenniçilər çıxır, bizdə isə 30 ilə bir tennisçi ortaya çıxmadı.

Bu təkcə Teymuraz deyil, qeyd edim ki, Ekaterine Gorgodze qadınlar arasında bu il iki dəfə cütlüklərdə çempion olub. Və güclü nəticələri var.

Türkiyə tennisindən danışıldı, deyildi ki, Türkiyə tennisində bir nəticə yoxdur. Bu, əlbəttə, ancaq insanın üzündə təbəssüm yarada bilər. Birincisi, Türkiyədə keçirilən turnirlərə nəzər yetirmək lazımdır. Bu ATP, WTA, tennis sevənlər unutmaz ki, həmçinin İstanbulda zamanında WTA final turnirlər keçirilmişdir.

Onların hazırda aktiv tennisçiləri, ildə ən azı bir dəfə Böyük Dəbilqə turnirlərinin əsas yarış hissəsinə vəsiqə qazana bilirlər, təsnifat mərhələlərində isə demək olar ki, hər zaman bir türk var. Böyük titulları olan Çağla Büyükakçay, İpek Soylu kimi tennisçiləri yaddan çıxartmaq olmaz. 

Türkiyədə tennisin olduğunu göstərən tennisçilər bir qisminin adları:

Pemra Özgen
Altun Çelikbilek
Yankı Erel
İpek Öz
Başak Eraydın
Melis Sezer
Cem İlkel
Atakan Karahan

Bunlar yalnız bir qismidi, Marsel İlhan, İpek Şenoğlu kimi veteranları da unutmayaq.
Qazaxıstan və Özbəkistandan heç danışmıram. Qazaxıstan bu günlərdə "Davis Cup"da ¼ finala yüksəldi. Qadın tennisçiləri isə hər zaman TOP-lardadırlar. Bəlkə legioner olsalar da, bunu da bacarmaq lazımdır.

Keçək bizim tennisə. Deyirsiniz federasiyalıq bir iş yoxdur. Bəs uşaq tennisinin Azərbaycanda olmamasının günahkarı kimdir? Niyə bizdə uşaqlar 6-7 yaşdan tez tennisə başlaya bilmirlər? Niyə bir inkişaf proqramı yoxdur? Bunlar cavabsız suallardır.

Növbəti sual niyə ancaq Bakı? Başqa şəhərlərdə niyə təbliğ olunmur? Bəlkə övladının gələcəyini qurmaq, ona daha gözəl və maraqlı həyat bağışlamaq istəyən valideynlər var, onlar övladlarının inkişaf etməsi üçün əllərindən gələni edəcəklər? Bunun da günahı biz valideynlərdədir?

Niyə kanallarımızda tennis turnirləri yayımlanmır? Niyə bu heç kəsin vecinə deyil?  Axı bir insan övladını tennisə gətirmək üçün, birinci tennisin nə olduğunu bilməlidir!

Federasiya bunların hər birində maraqlı olmalıdır, çünki əgər bir ölkədə idmançı yoxdursa, onda federasiya da heç kəsə lazım deyil.

Gənc tennisçilərin dəstəklənməsi federasiyanın ən birinci vəzifəsidir. Uşaq tennisinin inkişafı federasıyanın ən başlıca vəzifəsidir. Marketinqin inkiş etdirilməsi vacibdir!
Tennisin gələcəyini parlaq görmək ümidi ilə...

Heydər Rzayev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

Facebookdan bizi izləməyi unutmayın.
X