17:47 29.11.2021 860

Transfer şayiələri: \"İnter\" bir klubun üç futbolçusuna \"elçi düşüb\"

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Calciomercato" nəşri: "Nyukasl" Marselo Brozoviçi hədəfə alıb. 2022-ci ilin yanvarında 29 yaşlı futbolçu ilə müqavilənin şərtləri müzakirə olunacaq. Ancaq onun klubu "İnter" xorvat yarımmüdafiəçi ilə müqaviləni yeniləmək və maaşını hər mövsüm üçün 7 milyon avroya yüksəltməkdə qərarlıdır.

"Foot Mercato" nəşri: "Bayern Münhen" və "Barselona" "Marsel"in yarımmüdafiəçisi Bubakar Kamara ilə maraqlanır. Futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır və o, artıq 4 dəfə müqaviləni yeniləməkdən imtina edib.
 
"The Mirror" nəşri: “Liverpul” “Aston Villa”nın gənc istedadı Karni Çukvuemekin komandaya cəlb etməyi planlaşdırır. 19 yaşlı yarımmüdafiəçi ilə "Mançester Yunayted" də əlaqə yaradıb, lakin o, "Liverpul"a keçidi daha sərfəli hesab edir. "Liverpul", "Bayern Münhen" və "Borussiua Dortmund" tərəfindən də izlənilən Çukvuemek üçün təxminən 10 milyon funt sterlinq ödəməli olacaq.

"The Mirror" nəşri: "Liverpul" Neko Uilyamsı 10 milyon funta satmağa hazırdır. Uelsli müdafiəçi müntəzəm oyun vaxtı əldə etmək istəyir və ona komandanı tərk etməyə icazə veriləcək.

"todofichajes" nəşri: Memfis Depay "Barselona"dan ayrılmaq istəyir. Kataloniya klubu pul qazanmaq niyyətindədir. "Yuventus", "Tottenhem" və "Roma" futbolçunun xidmətində maraqlıdır.

"Mundo Deportivo" nəşri: "Barselona" Antoni Marsialın ətrafındakı vəziyyəti izləyir. Fransız futbolçuya müntəzəm oyun vaxtı lazımdır. 

"The Express" nəşri: Stiven Cerrard "Aston Villa" rəhbərliyindən "Liverpul"un müdafiəçisi Co Qomezi icarəyə götürməsini istəyir. Yeni baş məşqçi qış "transfer pəncərəsi" ərəfəsində müdafiəni gücləndirməyə üstünlük verəcək.

"Barselona"nın vitse-prezidenti Rafa Yuste: “Ferran Torres inanılmaz oyunçudur. İstəyirik ki, belə futbolçular bizim komandamızda çıxış etsinlər. "Mançester Siti" ilə yaxşı münasibətimiz var. Gözləyək görək necə olur”. 

"Marca" nəşri: "Mançester Siti" Ferran Torres üçün 70 milyon avro tələb edir. Ancaqonu transfer etmək istəyən "Barselona"nın o qədər pulu yoxdur. 

"Daily Star" nəşri: "Lids"in yarımmüdafiəçisi Kalvin Fillips klubun azarkeşlərinin reaksiyasından qorxduğu üçün "Mançester Yunayted"ə keçməkdən imtina edəcək. “Qırmızı şeytanlar” yarımmüdafiəçi ilə müqavilə bağlamaq istəyir və 60 milyon funt-sterlinq ödəməyə hazırdır. Ancaq İngiltərə millisinin futbolçusu "Lids"də adını ləkələməkdən çəkinir.

"Todofichajes" nəşri: "Yuventus" Duşan Vlahoviçi ala bilməyəcəyi təqdirdə "Fulhem"in hücumçusu Aleksandr Mitroviçi  alternativ kimi seçib. "Yuventus" "Fiorentina"nın hücumçusu Vlahoviçə göz diksə də, "Mançester Siti", "Mançester Yunayted" və "Arsenal" kimi klubların da diqqət mərkəzində olması onlara bu transferin reallaşmamasına səbəb ola bilər. Bu səbəbdən klub mümkün alternativlər axtarır. 

"Calciomercato" nəşri: "İnter" qış "transfer pəncərəsi" dövründə heyətini gücləndirməyə ümid edir. Komanda "Sassuolo"dan üç futbolçunu - Canluka Skamakka, Davide Frattesi və Cakomo Raspadori hədəfə alıb.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X