Ötən gün Braziliya çempionatının 32-ci turu çərçivəsində "Atletiko Mineyro" klubu "Bahia" komandası qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş Salvadorda (Braziliya) “Arena Fonte Nova - Otaviu Manqabeyra” stadionunda baş tutub.
"Bahia" 2:0 hesabı ilə öndə ikən rəqib Halkın qolu və Kenonun dublu sayəsində 3:2 önə keçərək qələbə qazanıb.
Həmin görüşün videoicmalını təqdim edirik:
Qeyd edək ki, çempionatının bitməsinə iki tur qalmış “Atletiko Mineiro” 81 xalla çempionluğu təmin edib. Bu, klubun tarixində ikinci çempionluğudur. İlki isə 1971-ci ildə qeydə alınıb.
Xatırladaq ki, komandada “Zenit”in keçmiş hücumçusu Halk və “Çelsi”nin sabiq üzvü Dieqo Kosta kimi futbolçular çıxış edir.
Emin