Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
"Yaşıl timsahlar" səfərdə “Dənizlispor”u 3:1 hesabıyla məğlub edib.
Meydana start "11-lik"də çıxan Namik 88-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə komandasının ikinci qolunu vurub.
15 tura 17 xal toplayan “Bursaspor” turnir cədvəlində 19 iştirakçı arasında 13-cü pillədədir.
Nihat